Ermənistanın ədliyyə naziri Artak Zeynalyan vəzifəsindən azad edilib.
Yenicag.az Erməni KİV-lərinə istinadən xəbər verir ki, sözügedən nazir dəfələrlə Ermənistanın hüquq müdafiəçisi adına layiq görülüb.
Onun işdən qovulmasına səbəb, hələ Qarabağ klanı hakimiyyətdə olan zamanlardan “Corc Soros fondu” ilə sıx əlaqədə olmasıdır. Artak Zeynalyan “Soros fondu”nun göstərişi ilə işləyən QHT-lərin koalisiyasının işini yönləndirənlərdən biri olub.
Qeyd edək ki, həmin dönəmdə “Soros fondu” ilə işləyən bir çox şəxslər Ermənistanda hakim vəzifələrdə yer tutub.
Həmin şəxslərdən bir neçəsi indi də Paşinyanın qurduğu yeni bürokratik sistemdə təmsil olunur.
Həşim Səhrablı
www.yenicag.az