"Ermənistan ətrafında dinc mühit yaratmağa yönəlib" - Mirzoyan

media-hightechnic-468x90

“Ermənistan erməni xalqının firavanlığına töhfə vermək məqsədi ilə öz ətrafında sülh mühiti yaratmağa və beynəlxalq tərəfdaşlarla öz iqtisadiyyatını inkişaf etdirməyə diqqət yetirir.  

Yenicag.az xəbər verir ki, bunu iyunun sonunda Pekinə səfəri zamanı Çinin “ChinaDaily” qəzetinə müsahibəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan deyib.

XİN rəhbəri qeyd edib ki, hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə məsul dövlətlər üçün ümumi qaydalara riayət etmək və münaqişələrin sülh yolu ilə həllinə çalışmaq vacibdir: “Biz diqqətimizi Ermənistan ətrafında dinc mühit yaratmağa və xalqımızın rifahına töhfə vermək üçün beynəlxalq tərəfdaşlarla birlikdə iqtisadiyyatımızı inkişaf etdirməyə yönəlmişik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600