!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan geosiyasi tələdə: İrəvan hansı diqtələrlə fəaliyyət göstərir…

!Reklam – Yazi

“Bu gün İrəvan, Qərbin Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı məkrli planlarının həyata keçirilməsində maşa rolunu oynayır”. 

Bunu son dönəmlər Ermənistanın Azərbaycanla sərhəddə aktivləşməsinin sülh prosesinə təsirindən danışan politoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, şərti sərhəddə Ermənistan tərəfindən qoşunların yığılması, hətta Naxçıvan yaxınlığında təxribatların törədilməsi iki ölkə arasında sülh prosesinin davam etdirilməsi çərçivəsində qarşılıqlı etimad mühitinin formalaşdırılmasına yalnız mənfi təsir göstərir.

“Bu səbəbdən vəziyyət nəyinki müsbətə doğru gedir, tam əksinə, sülhün əldə olunması üçün qət edilən yol daha da uzanır. Əlavə olaraq, Ermənistanın heç bir zaman müstəqil siyasət yürütmədiyi fakt olaraq ortadadır. Hazırda isə bu ritorika özünü daha qabarıq göstərir”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, aprelin 5-də Ermənistanın Avropa İttifaqı və ABŞ ilə keçiriləcək görüşündən öncə belə hadisələrin baş verməsi bir daha İrəvanın hansısa diqtələrlə fəaliyyət göstərdiyini sübut edir:

“Yəni Ermənistanın havadarları Cənubi Qafqaz məsələsində nə qədər ciddi olduqlarını və sona qədər gedəcəklərini göstərməyə çalışırlar. Bu gün İrəvan, Qərbin Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı məkrli planlarının həyata keçirilməsində maşa rolunu oynayır.

Lakin mütləq nəzərə alınmalı bir məqam var. Belə ki, istər Avropa Birliyi, istərsə də ABŞ sona qədər müttəfiqlərini müdafiə etməyiblər.

Hazırda isə həmin tələyə Ermənistan düşüb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv