Ermənistan klubuna keçən azərbaycanlı futbolçudan açıqlama

media-hightechnic-468x90

88973“Hələ Ermənistan klubu ilə müqavilə imzalamamışam. Lakin hazırda Türkiyədə təlim-məşq toplanışında onların sərəncamındayam”.

Bu sözləri açıqlamasında millimizin sabiq üzvü Şamil Qurbanov deyib.

İrəvanın “Uliss” komandası ilə anlaşan yığmamızın keçmiş futbolçusu bu barədə danışıb: “Mən azərbaycanlıların tənqidini başa düşürəm. Onların buna haqqı var. Amma bu qərarı bəzi səbəblərə görə vermişəm. Azərbaycan millisində oynamaq imkanımı isə çoxdan itimişəm. Onsuz da yığmaya daha çağırılmayacam. Azərbaycan yığmasını unutmuşam”.

Qurbanov Ermənistan yığmasında oynamaq haqqında düşünmədiyini də sözlərinə əlavə edib: “Ermənistan yığmasında oynamaq haqqında düşünmürəm. Mən sadəcə “Uliss”lə müqavilə imzalamışam və klubda çıxış edəcəyəm. Bu mənim karyeram üçün önəmli və yeni addımdır”.

Futbolçunun Azərbaycan vətəndaşı, milliyətcə dağıstanlı olması erməniləri qorxuya salıb(qafqazinfo).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600