!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan niyə COP29-a GƏLMƏDİ? – “Fransanın burada rolu böyük olub”

!Reklam – Yazi

“Azərbaycanın COP29 Beynəlxalq tədbirinə ev sahibliyi etməsini 200-ə qədər ölkə təsdiqləmişdi. Bu, Azərbaycan dövlətinin yeritdiyi siyasətə, onun Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursa olan etimadının yüksək təzahürüdür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirildiyi ərəfədə Ermənistanın Qərbdəki havadarlarının tələbi ilə boykot siyasəti yürütməsinin səbəblərini analiz edib.

Onun sözlərinə görə, Azərbaycan üçün bütün dövlətlərin bu konfransa gəlməsi maraqlıdır:

“Çünki iqlim dəyişikliyi bütün dövlətlərin problemidir. Bundan əlavə, bu tədbir Azərbaycan -Ermənistan arasındakı sülh danışıqlarında böyük rol oynaya bilərdi. Lakin Ermənistanın bu tədbirdə iştirak etməməsi onun sülhlə bağlı olan fikirlərinə böyük bir damğadır”.

Deputatın fikrincə, Ermənistan siyasi rəhbərliyinin dəfələrlə COP29 tədbirinə qədər sülh müqaviləsinin imzalanmasından bəhs etməsinə baxmayaraq, bu tədbirdə iştirak etmədi:

“Şübhəsiz ki, bu, sülh danışıqlarına mənfi təsir edən bir amildir. Ermənistanın bu seçimində xarici havadarlarının, xüsusilə Fransanın böyük rolu olub. Təbii ki, bunlar sülh prosesində müsbət tendensiyalarının qarşısını alır. Əgər Ermənistan COP29 tədbirinə qatılsaydı, bu sülh prosesinin inkişafında böyük rol oynayacaq idi”.

E. Nəsirov həm də Ermənistanın cəmiyyət üçün törətdiyi ekoloji terrordan da danışıb:

“Ermənistanda fəaliyyət göstərən sənaye müəssisələri cəmiyyət üçün çox təhlükəlidir. Çaylara buraxılan zərərli maddələr isə təbiəti məhv edir. Bu da iqlim dəyişikliyi üçün böyük rol oynayır. Təbii ki, belə proseslərin davamlı olması region üçün böyük problemdir. Bu problemin həllinə dırnaqarası yanaşan Ermənistan, sadəcə olaraq, ekoloji terrora işarə edir. Qısacası, dünya COP29 çərçivəsində bir daha Ermənistanın məsuliyyətsiz, terrorçu, sülh danışıqlarından qaçan və sadəcə öz mövqeyi üçün çalışan dövlət olduğunun şahidi oldu”.

Mayıl Soltanov

COP29

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv