Ermənistan özünə “soyqırım” quyusu qazır

media-hightechnic-468x90

Ermeni-Soykırım-Yalanı-DVD-1-Ön-Kapak-800x8001-565x330Elxan Şahinoğlu: “Qondarma soyqırımı gündəmə  gətirməkdən əl çəkməməklə ermənilər öz vəziyyətlərini daha da ağırlaşdırır”

Elxan Shahinoglu 4_12Ermənistan 24 apreldə qondarma soyqırımın 100 illiyini qeyd etdikdən sonra da,  bu saxta hadisənin tanınması prosesini davam etdirir. Görəsən, hazırda  bu proses hansı istiqamətdə gedir?

Politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, Ermənistan qondarma soyqırımı tanındırmaq üçün hazırda əsasən  ABŞ-da fəaliyyət göstərir, amma onların bu istəkləri də gerçəkləşməyəcək: “Ermənilər qondarma soyqırım hadisəsinin tanınması istiqamətində hərəkət etməklə əslində özlərinə quyu qazırlar. Bu hərəkətləri davam etdirməklə, onlar Azərbaycan və Türkiyə ilə düşmənçiliyi daha da gücləndirir. Ermənilər 24 apreldə elə bir uğur qazana bilmədi. Bir neçə ölkədə məsələ müzakirə olundu. Çoxsaylı qonaq çağırsalar da, cəmi 3 ölkə, Rusiya, Fransa və Serbiya prezidentləri həmin tədbirə qatılmışdı.  Türkiyədə həmin gün keçirilən Çanaqqala tədbirinə isə daha çox ölkənin dövlət başçısı gəlmişdi. Türkiyə elə bir möhtəşəm tədbir keçirdi ki, İrəvandakı saxta tədbir kölgədə qaldı.  O zaman demişdim ki, 24 apreldən sonra 25-i aprel gəlir və hər şey unudulacaq.  Elə də oldu. Amma onlar indi də xislətlərindən əl çəkmir. Türkiyəyə yeni problem yaratmaq istəyirlər. Bu əslində Türkiyə ilə yaxınlaşmaq istəyinə ziddir. Ermənilər bir tərəfdən, Türkiyə ilə sərhədi açmaq istəyir, bir təfərdən də, qondarma soyqırımı gündəmə  gətirməkdən əl çəkməməklə öz vəziyyətlərini daha da ağırlaşdırırlar. Ona görə də qondarma tədbirlə bağlı yeni uğurlar qazana biləcəklərini düşünmürəm. ABŞ prezidenti də “soyqırım” ifadəsini işlətmədi. Bu da ermənilərin böyük məğlubiyyəti idi. Ermənistan prezedenti Amerikada olsa da, onun Obama ilə görüşüb-görüşməyəcəyi bəlli deyil, ancaq konqresmenlərlə görüşür. Ölkə prezidentinin konkresmenlər səviyyəsində görüşü əslində həmin dövlət üçün təhqiredicidir.  Prezident prezidentlə görüşməlidir.  Görünür, yenə də Amerika tərəfindən soyqırım məsələsinin qəbulunu çalışırlar. Amma Amerikada erməni lobbisi nə qədər güclü olsa da, hər halda rəsmi Vaşinqton dövlət və milli maraqlardan çıxış edir. Prezidentliyə namizədliyi ərəfəsində Obama ermənilərə çox söz vermişdi, amma əməl etmədi, çünki, qarşısında Türkiyə ilə Azərbaycanı gördü. Bu iki ölkə ilə əməkdaşlıq ABŞ üçün daha önəmlidir. Bu baxımdan yenə də Sarkisyana müəyyən vədlər verə bilərlər, amma onlar da gerçəkləşməyəcək. Sadəcə, böyük dövlətlər ermənilərdən öz məqsədləri naminə bir alət kimi istifadə edirlər. Belədə, mövcud siyasəti davam etdirməklə, Ermənistan öz problemini dərinləşdirir”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600