Ermənistan Prezidenti Pezeşkianın İrəvana səfərini səbirsizliklə gözləyir

media-hightechnic-468x90

Türkmənistanda İranın vitse-prezidenti Məhəmməd Rza Arif və Ermənistan prezidenti Vaaqn Xaçaturyan arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində baş tutub.

Tərəflər İran Prezidenti Məsud Pezeşkianın yaxın vaxtlarda Ermənistana səfəri barədə müzakirə aparıblar.

Bundan başqa İran və Ermənistan arasında ticarət, kənd təsərrüfatı, elm və texnologiya sahələri barəsində fikir mübadiləsi aparılıb.

İranın vitse-prezidenti ölkəsində fəaliyyət göstərən şirkətlərin Ermənistanda nəqliyyat, su bəndləri, yaşayış qəsəbələri və başqa infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bəyan edib.

Ermənistan Prezidenti ölkəsinin İranla əlaqələrinin dərinləşdiyini vurğulayaraq, Pezeşkianın Ermənistana səfərini səbirsizliklə gözlədiyini bildirib./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa