!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan SİLAHLANIR: “Azərbaycan bəzi işləri görür”

!Reklam – Yazi

“Ermənistanın silahlanması hər birimizi narahat edən bir məsələdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Hindistan tərəfindən Ermənistana ilk partiyası tədarük olunan “Akash-1S” zenit raket komplekslərindən söz açıb.

Polkovnikə görə, Azərbaycanın etirazlarına və narahatlıqlarına baxmayaraq, Hindistan artıq xeyli müddətdir ki, Ermənistanı silahlandırmaqda davam edir və bu proses hələ artan xətt üzrə gedəcək:

“Yəni sözügedən silahlanma “Akash-1S”, “Prolay” və digər raketlərin tədarükü ilə yekunlaşmayacaq. Çünki Hindistanın Ermənistana satmaq istədiyi hələ neçə-neçə silah-sursat və texnika mövcuddur. Ona görə də biz buna hazır olmalıyıq. Prinsip etibarilə, Azərbaycan bəzi işləri görür, amma, istənilən halda, baş verənlər xoşagəlməz hadisələrdir ki, militarist ruhda olan bir dövləti aktiv şəkildə silahlandırırlar”.

Mütəxəssis əlavə edib ki, Ermənistanın sülhlə bağlı bəyanatlarının hamısı blefdir və qeyri-səmimidir:

“Ermənistan heç bir sülhə hazır deyil və heç bir sülh müqaviləsini imzalamağı düşünmür. Ümumiyyətlə, İrəvan bu prosesdə hansı dəyişiklikləri edib ki, indi sülhdən danışırlar? Şəxsən mən heç vaxt Ermənistana heç vaxt inanmamışam və bu gün də inanmıram. Düşünürəm ki, Ermənistan bundan sonra da silahlanacaq. Bizim buna cavabımız isə ordumuzu gücləndirmək olacaq. Çünki bizim bununla bağlı olan bəyanatlarımzı heç nəyə təsir etməyəcək. Hətta Azərbaycan Prezidenti Hindistanın Azərbaycana təyin olunmuş səfirini qəbul edəndə də bu barədə narahatlığını dilə gətirmişdi. Lakin təəssüflər olsun ki, Hindistan bu günləri Ermənistan kimi özü üçün münbit bir dövlət tapıb və öz silah-sursatını satır. Çünki Hindistan bundan böyük gəlirlər əldə edir”.

“Ona görə də biz digər məsələlərə hazır olmalıyıq. Cənubi Qafqazda təkcə Hindistandan başqa bizə düşmən olan xeyli dövlətlər var. Onlar bəzi hallarda özlərini Azərbaycana dost və tərəfdaş kimi göstərsələr də, əslinə qalsa, onların məqsədi və məqamı gün kimi aydındır. Bu qüvvələr Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı hazırlayırlar. Ordumuzun yüksək səviyyədə hazırlıqlı olması, yüksək səviyyədə silah-sursatın alınması Ermənistan-Hindistan hərbi əməkdaşlığına bir növ cavab olacaq. Biz bunu birdəfəlik qulağımızda sırğa edib asmalıyıq ki, Dehli bundan sonra da İrəvana əlində olan silah-sursat, texnika, hətta aviasiya vasitələrindəndən verəcək. Burada Hindistandan savayı, Cənubi Koreya, Rusiya, Fransa, Yunanıstan, ABŞ və digər dövlətlər də Ermənistanı silahlandırırlar. Çünki bu gün Nikol Paşinyan zəifləmiş ordusunu gücləndirmək üçün bütün mümkün variantlardan istifadə edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv