!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan sülh sazişindən BOYUN QAÇIRIR: "Azərbaycan tərəfi Rusiyaya xəbərdarlıq etməklə..." - Hərbi ekspert

!Reklam – Yazi

“Sülh müqaviləsi imzalanmasa, bu proses uzun illər davam edəcək”.

Bu fikirləri Ermənistanın sülhdən boyun qaçırması və yenidən müharibə etmək iddiası ilə çıxış etməsinə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov əldə edilmiş nəticənin qorunmasını yeni müharibənin başladılmasından üstün tutduğunu bildirib:

“Ermənistanda Xarici işlər naziri və Müdafiə naziri təyin etmək çox çətin proses idi. Çünki kadr qıtlığı var. Bundan əlavə, son vaxtlar Ermənistanda hakimiyyət qeyri-stabildir, tez-tez dəyişikliklər baş verir. Ermənistan hakimiyyəti böyük sülhdən danışa bilməz, qorxurlar. Ermənistanın Xarici işlər nazirinin dediklərini təbii qəbul edirəm. O həm təcrübəsiz, həm savadsızdır, bundan artığını deyə bilməz.

Genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi və bəzilərinin dediyi kimi, üçüncü Qarabağ müharibəsinin başlaması Azərbaycana lazım deyil və bunun olacağını gözləmirəm. Ən çox Azərbaycan maraqlı olmalıdır ki, müharibə olmasın. Ermənilərin revanşist qüvvələrinin iştahası getdikcə artacaqsa, Azərbaycan əsgərinə və mülki şəxslərinə qarşı hansısa addım atılacaqsa, Azərbaycan tərəfi Rusiyaya xəbərdarlıq etməklə bu əməliyyatı həyata keçirəcək. Ancaq böyük müharibənin olacağına inanmıram. Lokal əməliyyatlar mümkündür.

Bu gün Azərbaycanın birinci vəzifəsi müharibə başlatmaq yox, əldə edilən qazancı qorumaqdır. Qazancı qorumaq lazımdır. Bəziləri hələ də eyferiyadadır, ancaq müharibə riskdir və qazancı da itirmək təhlükəsi ola bilər. Ona görə də müharibə haqqında düşünməkdənsə, əldə edilən nəticəni qorumaq üçün çalışmaq lazımdır.

Rusiyanın Ermənistanı silahlandırmasına gəldikdə isə bu, normal haldır. Hər zaman bu işi görüb, tərəfdaşıdır, dəstəkləyir. Digər məsələ isə ondan ibarətdir ki, Ermənistan ordusu, demək olar, yoxdur. Ordunu yaratmaq 3-5 günün işi deyil. Ordunu təkcə top, tüfəng, dəmirlə yaratmırlar. Orduya birinci növbədə kadr lazımdır. Ermənistan ordusunun kadr potensialı, demək olar, yoxa çıxıb. Ermənistan ordusunun çox ciddi çağırışçı problemi var. Gənclər ölkəni tərk edirlər, valideynlər uşaqlarını ölkədən çıxarırlar. Mütəxəssis lazımdır, onlar da yoxdur. Bu, çox qəliz məsələdir və ona görə də bunun şişirdilməsinin əleyhinəyəm”.

Səxavət Məmməd

www.yenicag.az

1177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv