Ermənistan üçün DALANDAN ÇIXIŞ – Ankara və Bakı İrəvana nə TƏKLİF ETDİ?

media-hightechnic-468x90

“Yeni bazarlara çıxış, yeni münasibətlərin qurulması Ermənistan cəmiyyətinin xarici açılımına kömək göstərəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

media-fazilmustafa1

O, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın “sülh imzalandıqdan sonra Türkiyə ilə sərhədləri açmalıyıq” bəyanatına münasibət bildirib.

Deputat qeyd edib ki, Mirzoyanın belə bəyanat səsləndirməsini Türkiyənin Ermənistana təzyiqi ilə əlaqəli deyil:

“Ermənistanın hazırkı siyasi hakimiyyəti və siyasi elitası artıq qərarlıdır ki, həm Azərbaycanla münasibətləri qaydaya salsın, həm də Türkiyə ilə sərhədləri açsın. Bu, ilk növbədə elə Ermənistanın özünün maraqlarına uyğundur. Çünki illərlə davam edən təcrid vəziyyəti ölkəni böyük problemlərlə üz-üzə qoyub”.

Onun sözlərinə görə, bu məsələdə Türkiyənin təzyiqindən və ya hansısa başqa amillərdən söhbət gedə bilməz:

“Sadəcə olaraq yeni bazarlara çıxış, yeni münasibətlərin qurulması Ermənistan cəmiyyətinin xarici açılımına kömək göstərəcək. Rusiya ilə münasibətlərin də müəyyən gərginliklər yaşadığı dövrdə Ermənistan mütləq bu yolu izləməli, həm Azərbaycanla, həm də Türkiyə ilə daha yaxın münasibətlər qurmağa çalışmalıdır”.

“Əks halda, bu təcridin daha acı nəticələri qabarıq şəkildə öz təsirini göstərəcək. Ona görə də burada hansısa narahatlıq üçün əsas olmamalıdır. Bu, sadəcə izlənilən strategiyanın bir qoludur. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də addımlar atılır”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa