Ermənistan XİN başçısı İrana gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Qeyd edilib ki, Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün – 4 oktyabrda İrana səfər edəcək.

Səfər çərçivəsində Mirzoyan iranlı həmkarı ilə görüşəcək.

Qeyd edək ki, son zamanlar Azərbaycan-İran münasibətlərində yaranmış soyuqluq fonunda Mirzoyanın bu ölkəyə səfəri diqqət çəkəndir.