“Ermənistan yalnız kağız üzərində deyil, real olaraq da şərtləri icra etməlidir” – Sülh sərhəddə İMZALANA BİLƏR? – VİDEO
“Nə ona dəstək olanlar, nə də Ermənistan özü sülh məsələsində maraqlı görünmür”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin sərhəddə imzalanması açıqlamasını təhlil edib.
Sərhəd məsələsi ilə bağlı sualımıza isə ekspert cavabında bunun mümkün ehtimallar arasında olduğunu bəyan edib.
“Ermənistan yalnız kağız üzərində deyil, real olaraq da şərtləri icra etməlidir. Lakin hələ ki, bunu görmürük. Ermənistan hər dəfə ortaya fərqli bəhanələr atır və atmaqda davam edir”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov