!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadıldı

!Reklam – Yazi

Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.

Yenicag.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Jurnalistlərin məhkəmə prosesinə girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib./Report/

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv