Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, son sutka ərzində 288 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 7 968 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.