Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanda ümumilli tətil başladı

Ermənistanda “Vətənin qurtuluşu” hərəkatı ümum-Ermənistan itaətsizlik aksiyalarına başlayıb.

Yenicag.az xəbər verir ki, paytaxt Yerevanın müxtəlif yerlərindən vətəndaşlar Respublika meydanına axışır.

Hökumət binasının ətrafına xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edildiyi bildirilib.

Vətən Partiyasının üzvü Arsen Babayanın sözlərinə görə, sadəcə hökumət binası çevrəsində 600-dək polis var.

Erməni vəkillər ölkənin parlamentinə, daha sonra prokurorluq istiqamətində yürüş ediblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istintaqa cəlb edilməsi və həbs olunmasını tələb edirlər. Onlar tələblərinin yerinə yetirilmədiyi təqdirdə oturaq aksiyaya başlayacaqlarını açıqlayıblar.

Qeyd edək ki, N.Paşinyanın istefasını tələb edənlərin sırasına elm, idman və mədəniyyət sahələrinin bir sıra nümayəndələri, Ermənistan Elmlər Akademiyası, Yerevan Dövlət Universiteti və digər təhsil ocaqlarının əməkdaşları qoşulub. Hökumət başçısının istefası çağırışlarını prezident Armen Sarkisyan, Erməni Apostol Kilsəsi, müxtəlif diaspor təşkilatları və 150 civarında yaşayış məntəqəsinin başçıları da dəstəkləyir./Report/

www.yenicag.az

167