“Rusiyanın Cənubi Qafqazda təsir gücünü zəiflətmək üçün cızılan bu plan məhz Paşinyan üzərindən qurulub”.
Bu fikirləri Ermənistan hökumətinin İrəvanın “Zvartnots” hava limanında xidmət keçən Rusiya hərbçilərinin həmin obyektdən çıxarılmasına yönəlik rəsmi təşəbbüsünü şərh edən politoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin əsas məqsədi rus hərbi kontingentinin ölkədən çıxarılmasıdır:
“Bu isə sözün açığı, özlərinin yox, təbii olaraq havadarlarının ideyalarıdır. Soros Fondunun yetişdirməsi sayılan Paşinyan birmənalı olaraq Cənubi Qafqaza nəzarət etmək üçün Qərbin Ermənistanda iqtidara gətirdiyi fiqurdur.
Rusiyanın Cənubi Qafqazda təsir gücünü zəiflətmək üçün cızılan bu plan məhz Paşinyan üzərindən qurulub. İndi də həmin plan yavaş-yavaş reallaşmağa doğru gedir”.
Nəsimi Ələsgərli
www.yenicag.az