!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın boykot SİYASƏTİ: “Qərb dövlətlərinin təsiri altındadır”.

!Reklam – Yazi

“Ermənistan COP29-da iştirak etməməklə məhz boykot yolunu tutan bəzi Qərb dövlətlərin təsiri altında olduğunu bir daha nümayiş etdirdi”.

Bunu Yenicag.az-a açıqlamasında COP29 tədbirinin Azərbaycan üçün əhəmiyyətindən danışan politoloq Əlabbas Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bir cox vacib məsələlərə toxundu:

“O cümlədən bəzi ölkələrin bu tədbirdə baykot yolunu tutmalarına işarə edərək cox ciddi mesajlar verdi. “Dünya Bakıda toplaşıb”mesajı ilə ölkə başçısı bir daha bu konfransın baş tutmaması ücün əlindən gələni edən bəzi Qərb dövlətlərinə bir daha cirkin niyyətlərinin baş tutmamasını xatırlatdı. Hətta onların təbiri ilə bunu onlar üçün pis xəbər olduqunu bəyan elədi”.

“30 il Azərbaycana düşməncilik siyasətini həyata keçirən, torpaqlarını işqalda saxlayan Ermənistan 44 günlük Vətən müharibəsində məğlubiyyətindən sonra sülh sazişini imzalamaqdan hər vəchlə yayınmaqda davam edir. Belə böyük konfransda iştirak etməməklə məhz o, boykot yolunu tutan dövlətlərin təsiri altında olduğunu bir daha nümayiş etdirdi”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv