Ermənistanın Dağlıq Qarabağla bağlı şok xain planı

02_karabağErmənistandakı iqtisadi böhran Dağlıq Qarabağdakı separatçı rejimi də dalana dirəyib. Hər il 40 mindən çox erməninin tərk etdiyi Ermənistan bunu suriyalılarla kompensasiya etmək istəyir.

Yenicag.az xəbər verir ki, Türkiyənin “Aydınlıq” qəzetinin yazdığına görə, dörd ildən bəri Suriyadan qaçan erməni və yəzidi kürdlər Ermənistanda və Dağlıq Qarabağda yerləşdirilir. Qarabağda illərdən bəri boş qalan torpaqlarda yaşamağa erməni tapa bilməyənlər yəzidi və PKK-lı kürdlər vasitəsilə “bufer bölgə” yaratmaq istəyirlər.

Qəzet qeyd edir ki, Qafqaz acısından ciddi təhlükə olan bu separatçı “kürd köçü” sadəcə Azərbaycana deyil, İran və Türkiyə üçün də təhdid ünsürüdür.

Belə ki, PKK həmişə cənub-şərqdə Türkiyəni narahat edirdi. Bu dəfə isə Kandil üçün Ağrı dağında alternativ cəbhə yaratmaq niyyətindədir. Bir ayağı Ermənistanda olan terror təşkilatı Naxçıvan ilə sərhədi ciddi təhdid etməklə yanaşı, Dağlıq Qarabağda “Qırmızı Kürdüstan”ı elan edərək, erməni separatçıları ilə birlikdə regiona yayılmaq istəyirlər.

Yenicag.az