Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik edildi

media-hightechnic-468x90

Ermənistanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının tərkibində dəyişiklik edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu haqda Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini polkovnik S.Qriqoryanın yerinə həmin idarənin birinci müavini general-mayor Aleksandr Tsakanyan təyin edilib.

Bundan əlavə, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan başqa bir nazir müavini – Armen Simonyanla əvəzlənib.

Xatırladaq ki, Paşinyan daha əvvəl “Armenpress”ə müsahibəsində komissiyalarının növbəti iclasının yanvarda keçiriləcəyini bildirib.

Son iclas isə 2024-cü il noyabrın 1-də baş tutub./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05