Ermənistanın “Pyunik” futbol komandası Rusiya klubları oynamaqdan imtina edib.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Pyunik” futbol klubunun baş məşqçisi Roman Monarev bildirib. O deyib ki, klub Ukrayna komandaları ilə yoldaşlıq görüşlərini buraxmamaq üçün Rusiya komandaları ilə oyun keçirməkdən imtina edib.
“Təlim-məşq toplanışının sonunda Ukrayna komandaları ilə görüşlərimiz var.
Əgər ruslarla oyun keçirsəydik, belə yarışlar keçirmək imkanımızı itirə bilərdik. Ona görə də “Orenburq”, “Krılya Sovetov” və “Ximki” ilə görüşləri ləğv etdik”, –Monarev qeyd edib.
Qeyd edək ki, “Pyunik” Ukrayna komandalarından “Şaxtyor”, “Zorya” və “Oleksandriya” ilə çıxış etməyi planlaşdırır.
Xuraman Etibarlı
www.yenicag.az