!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın ikibaşlı bəyanatları: "Öz məkrli siyasətlərini davam etdirmək istəyirlər" - Sabiq nazir

!Reklam – Yazi

“Erməni tərəfi tam təslim olmayana qədər bu cür addımlar atacaqlar və yalançı gedişlər edəcəklər”.

Bunu Ermənistan siyasi rəhbərliyinin daban-dabana zidd olan həm sülh arzusu, həm də Qarabağda qanunsuz erməsi silahlı birləşmələrinin qalması yönündəki bəyanlarını şərh edən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.

Tofiq Zülfüqarov bildirib ki, erməni tərəfi 30 il yeritdiyi siyasəti yeni formada davam etdirmək istəyirlər:

“Paşinyanın bəyanatı ziddiyyətlidir. Əslində, diplomatik gediş mövcuddur. Loru dildə desək, ermənilərin həmişə olduğu kimi cığallığı açıq şəkildə görünür. Paşinyanın açıqlamalarında yalan var. Hələ ötən il Paşinyan iclasda dedi ki, bizim siyasət “Artsax” siyasətidir, təzə şəraitdə bunu davam etməliyik. Bu o deməkdir ki, 30 il ərzində Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olub, o cümlədən hərbi təcavüz, etnik təmizləmələr həyata keçiriblər. İndi məğlubiyyətdən sonra orada olan sülhməramlılardan istifadə edərək öz məkrli siyasətini davam etdirmək istəyir. Başa düşürələr ki, bunu açıq bəyan etmək mümkün deyil.

Azərbaycan tərəfi davamlı olaraq sülh sazişinin bağlanması ilə bağlı bəyanatlar verir. Ermənilər buna bir növ cavabsız qalırdılar. Hətta belə bir gülməli bəyanat vermişdilər ki, Azərbaycan Ermənistanı sülhlə hədələyir.

Erməni tərəfi sülh istəyini dilə gətirməklə görüntü yaratmaqdadır. Eyni zamanda, 30 il həyata keçirdiklərini təzə bir formada davam etdirmək istəyirlər. Brüssel görüşü məlum olandan sonra yeni bəyanat verdilər ki, Qarabağda təhlükəsizliyi təmin etmək arzusundadırlar. Təkcə yerli qüvvələrlə yox. Yerli ermənilər çatışmır. Guya könüllülər gəlib qoruyacaqlar. Bu, nağıldır”.

Azərbaycanın Brüssel görüşünə razılıq verməsinə gəldikdə isə sabiq XİN rəhbəri bunları deyib:

“Prezident bəyan edib ki, Brüsseldə hansısa müsbət nəticələr əldə ola bilər. Brüssel siyasi meydanını istifadə edərkən Azərbaycan erməni tərəfinin mövqelərini ifşa etməlidir. Təxminən belə bir diplomatik oyun gedir. Azərbaycan iki üslubdan istifadə edir – güc və diplomatik gedişlər. Yeni bir şey yoxdur. Həmişə belə olub”.

Səxavət Məmməd

www.yenicag.az

903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv