!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın keçmiş müdafiə naziri beynəlxalq axtarışa VERİLƏCƏK

!Reklam – Yazi

Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarqsyanın beynəlxalq axtarışa verilməsi prosesinə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, o, hərbi qulluqçu və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.

Məlumata görə, keçmiş müdafiə naziri bunu “siyasi təqibin göstəricisi” adlandırıb.

Qeyd edək ki, Vigen Sarqsyan 1975-ci il mayın 10-da İrəvanda anadan olub. O, 2016-cı il oktyabrın 3-də Seyran Ohanyanın yerinə müdafiə naziri təyin edilib, 2018-ci il mayın 8-də hakimiyyət dəyişikliyindən sonra tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, 44 günlük müharibə zamanı müdafiə naziri olmuş David Tonoyan hazırda həbsdədir.

COP29

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv