Ermənistanın keçmiş müdafiə naziri məğlub olmalarının səbəbini açıqladı

media-hightechnic-468x90

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan işğalçı ölkənin İkinci Qarabağ müharibəsində məğlub olmasının səbəbini açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada çıxışı zamanı danışıb.

D.Tonoyan bildirib ki, Ermənistanın qırıcı təyyarələri və zenit müdafiə vasitələri yox idi: “Bu texnikalar baxımından bizim imkanlarımız sıfır idi”.

Sabiq nazir hazırda parlamentində yaradılan komissiyada dindirilir.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600