“Eşkiya”nın İlyası Hadrutda – FOTO

“Eşkiya dünyaya hükmdar olmaz” serialında İlyas Çakırbəyli obrazı ilə tanınan türkiyəli məşhur aktyor Ozan Akbaba bu dəfə Hadruta gəlib.

Yenicag.az xəbər verir ki, Ozan Akbaba “Dəmir yumruq” abidəsinin yanında şəkil çəkdirib.

Bu şəkli aktyor Elşən Orucov “Instagram” hesabında paylaşıb.

Xatırladaq ki, Türkiyənin tanınmış prodakşını tərəfindən Qarabağ Zəfərinə həsr olunmuş filmin çəkilişlərinə start verilib.

Çəkilən filmdə baş rolu Akbaba canlandıracaq.