Vulkan yaxınlığında 4 min illik tapıntı

media-hightechnic-468x90

Macarıstanın qərbindəki Somlo vulkanik təpəsi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı 3 min 400 il əvvələ aid yüzlərlə metal əşya aşkar edilib. 

Yenicag.az xəbər verir ki, tədqiqatlar zamanı Son Tunc dövrü (e.ə. 1450–800) və Erkən Dəmir dövrünə (e.ə. 800–450) aid bəzək əşyaları, silahlar, keramik qablar, dəri və heyvan dişləri üzə çıxarılıb. Tapıntılar bölgədə uzunmüddətli və sıx məskunlaşmanı göstərir.

Alimlər bəzi əşyaların e.ə. 1400–1300-cü illərə aid olduğunu, Somlo təpəsinin döyüşçü elitanın idarə etdiyi klan cəmiyyətlərinin mərkəzi ola biləcəyini bildiriblər. Əraziyə havadan lazer skanlaması və metal detektorlarla baxış keçirilib.

Qazıntılar zamanı təpənin cənub-şərqində təxminən 900 metal obyekt aşkarlanıb. Tunç külçələri, damcılar və tökmə alətləri bölgədə metal emalı sexlərinin olduğunu göstərir.

Araşdırmalara görə, Son Tunc dövründən Erkən Dəmir dövrünə keçid bu ərazidə fasiləsiz yaşanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600