Aprelin 25-də nadir astronomik hadisə baş verəcək: Səmada "gülən üz" olacaq
Aprelin 25-i səhəri nadir astronomik hadisə baş verəcək.
Yenicag.az xəbər verir ki, Venera, Saturn və hilal formasında olan Ay səma mənzərəsində “gülən üz” forması yaradacaq.
Bu möhtəşəm görüntü gün çıxmazdan əvvəl şərq üfüqündə müşahidə edilə biləcək. Hadisə zamanı Venera ən parlaq və yuxarıda, Saturn isə bir qədər aşağıda və solda yerləşəcək. Ay isə onların altında, bir qədər şimalda olmaqla “gülən üz”ün ağız hissəsini formalaşdıracaq.
Qısacası, səma bu dəfə təbiətin təbəssümünü nümayiş etdirəcək.