!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əsrin Müqaviləsi”- "Bu, gələcək perspektivə hesablanmış ən iri addımlardan biridir"

!Reklam – Yazi

“O dönəmlərdə Azərbaycan xarici borcun içindəydi və 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” Azərbaycan iqtisadiyyatına güclü təkan verdi, ölkəyə investisiya axını başladı”.

Bu sözləri “Əsrin Müqaviləsi”ndən 29 il bu yana baş verən dəyişiklikləri dəyərləndirən iqtidsadçı-ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Dünya Bankının tərtib etdiyi Biznes Reytinqdə Azərbaycan cəmi bir ildə 30 pillə irəliləməyə nail olmuşdur ki, bu cür dəyişikilklərə səbəb məhz “Əsrin Müqaviləsi” olub:

“Bu hadisə konkret olaraq müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının və bir dövlət olaraq öz ayağının üzərində dayanamasının başlanğıcı hesab olunur.

“Əsrin Müqaviləsi” Ümummilli liderimizin gələcək perspektivə hesablanmış atdığı ən iri addımlardan biri idi. O zamanlar elə bir dönəm idi ki, SSRİ-dən yenicə xilas olmağımıza baxmayaraq müharibə şəraitində idik. Həmçinin SSRİ qurulan zamandan bəri iki Cənubi Qafqaz ölkəsi – Ermənistan və Gürcüstan dotasiya hesabına varlığını sürdürmüşdü. Lakin Azərbaycan öz mənfəəti hesabına bu günə kimi davam gətirə bilib. Bu göstəricilər xüsusilə aqrar və neft sənayesinin hesabına formalaşıb.

SSRİ-nin dağılması və 1993-cü ilə qədər hakimiyyətdə olan yarıtmaz rəhbərlik ölkəni həm siyasi, həm dı iqtisadi cəhətdən çətin duruma saldı. Nəzərə almalıyıq ki, bütün dövrlərdə iqtisadi məsələlər siyasi atılan addımlardan asılıdır. O dönəm Azərbaycan xarici borcun içindəydi və 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” Azərbaycan iqtisadiyyatına güclü təkan verdi, ölkəyə investisiya axını başladı.

Müqavilə sayəsində Azərbaycan təkcə iqtisadi deyil, həm də siyasi dividentlər də əldə etməyə davam etdi. Bütün bunları nəzərə alsaq, bir çox trans-milli korporasiyalar, “BP” Azərbaycana ayaq açdı. Azərbaycanda neft sektoruna qoyulan sərmayədə inkişaf başladı.

Ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafını dörd mərhələyə bölmək olar. İlk mərhələ 1994-98-ci iiləri əhatə edir. 1998-ci ildən ölkədə neft gəlirləri ilə bir çox sosial layihələrə, həmçinin xaricdə bir neçə layihələrə başlanıldı.

2015-ci ildən sonra olan dövrə nəzər yetirsək, bu dövrdə artıq neft qiymətlərində ucuzlaşmalar baş verdi. Bununla yanaşı, manatın devolvasiyası bu vaxta təsadüf etdi. Bütün bunlara baxmayaraq iqtisadiyyatın diversifikasiyası prosesi baş verdi.

Qeyd etmək lazımdır ki, Dünya Bankının tərtib etdiyi Biznes Reytinqdə Azərbaycan cəmi bir ildə 30 pillə irəliləməyə nail olub. Bu hadisədən sonra ölkəyə investisiyaların daxil olması sürətləndi. Bu hadisəyə səbəb və başlanğıc məhz 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” hesab edilir”.

Yusif Səmədzadə

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv