Estoniya kəşfiyyatı: “Rusiya Ukraynanın hərbi resurslarını tükətməyə davam edir”

media-hightechnic-468x90

Rusiya Ukraynaya qarşı müharibəni tükəndirmə strategiyası ilə davam etdirir və atəşkəsə hazırlıq əlamətləri yoxdur.

Yenicag.az ERR portalına istinadla xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Mərkəzinin həftəlik hesabatında dərc olunub.

Estoniya Müdafiə Qüvvələrinin 25 aprel tarixli döyüş əməliyyatlarına dair həftəlik bülletenində bildirilir ki, ötən həftə Rusiya ordusu gündə orta hesabla 137 hücum həyata keçirib. Pasxa bayramı dövründə isə 20 aprel bazar günü xüsusi qeyd olunur ki, həmin gün Rusiya hücumlarının sayı 96-ya düşüb. Bu, Ukrayna ərazisinə qarşı aviasiyanın ilk dəfə istifadəsiz qalması ilə də yadda qalıb.

Həmin gün artilleriya və zərbə dronlarının tətbiqi də üçdə iki nisbətində azalıb. Lakin növbəti gün hücumların sayı əvvəlki səviyyəyə qayıdıb, hava hücumlarının intensivliyi 1,5 dəfə artıb və Rusiya ordusu Ukraynanın dərinliklərinə zərbələrini bərpa edib.

Bu fonda Estoniya Müdafiə Qüvvələri bildirir ki, Rusiya tərəfindən atəşkəsə hazırlıq əlamətləri müşahidə olunmur. Bu isə Kreml rəhbəri Vladimir Putinin “sülh”lə bağlı ictimai bəyanatlarını mənasız və cəmiyyəti çaşdırmaq məqsədi daşıyan cəhdlər kimi qiymətləndirir.

Məlumata görə, Rusiya ordusu cəbhənin bütün istiqamətlərində təzyiqi davam etdirir. Əsas zərbə istiqaməti isə hələ də Donetsk vilayətidir:

“Döyüşlərin yüksək intensivliyi Pokrovsk ətrafında müşahidə olunur. Belə ki, burada bütün sutkalıq hücumların təxminən üçdə biri həyata keçirilir. Hücumlar həmçinin Torestk istiqamətində də qeydə alınıb. Burada isə rus qoşunları əvvəllər işğal etdikləri mövqeləri genişləndirməyə çalışırlar. Bununla yanaşı, digər istiqamətlərdə Rusiya ordusunun hücumları uğur gətirmir”.

Hesabatda Ukraynanın uğurlarına da toxunulub. Belə ki, Rusiya Müdafiə Nazirliyinin Raket-Artilleriya İdarəsinin 51-ci arsenalında – Vladimir vilayətinin Kirjak rayonunda baş vermiş partlayış xüsusi qeyd olunur. İlkin qiymətləndirməyə görə, bu partlayışın nəticələri 2024-cü ilin sentyabrında Toropetsdə 30 min ton müxtəlif sursatın məhv edildiyi anbar partlayışı ilə müqayisə oluna bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600