Etibar Babayevin “Xatirələr işığında Heydər Əliyev” adlı kitabının təqdimatı keçirildi – FOTO/VİDEO
Bu gün Əməkdar jurnalist, professor, ATV kanalının prezidentinin müşaviri Etibar Babayevin müəllifi olduğu “Xatirələr işığında Heydər Əliyev” kitabının təqdimat mərasimi baş tutub.
Yenicag.az xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində, Milli Məclisin deputatları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilib.
Təqdimatdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk öncə Yasamal rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Naminə Ömərova iştirakçıları salamlayıb, sözü növbəti çıxışçılara ötürüb.

Tədbiri giriş sözü ilə açan “Tərəqqi” medalı laureatı Gülşən Behdud Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində gördüyü tarixi xidmətlərdən bəhs edib. O, “Xatirələr işığında Heydər Əliyev” kitabını Ulu Öndərin həyat və fəaliyyətini əhatə edən önəmli bir nəşr kimi dəyərləndirib.

Daha sonra Etibar Babayevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Nümayişdən sonra müəllif çıxış edərək keçdiyi çətin və mənalı həyat yolundan danışıb.

Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Qulu Məhərrəmli və Umud Rəhimoğlu çıxışlar edərək kitabın məzmunu və müəllifin ictimai fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarına kitabla bağlı hazırlanmış film təqdim olunub.
Nəsimi Ələsgərli
Samir Məcidov