Etirazçılar mərkəzi küçələri bağladılar – SON DƏQİQƏ

Ermənistanda çoxminli etirazçı kütləsi paytaxt Yerevanda “Fransa” meydanından başlayaraq “Mesrop Maştos” prospektinə doğru yürüş edirlər.

Yenicag.az xəbər verir ki, müxalifətin lideri Nikol Paşinyanın da kütləyə qoşulacağı bildirilir. Sütunun önündə orkestr gedir. Etiraz edənlər nəfəsli alətlərdə təbil vurub oynayırlar. Əllərində Ermənistanın milli bayraqlarını aparır, avtomobilçilər isə kütləni təbrik siqnalları ilə salamlayır.

Təntənəli yürüşün iştirakçılarının sözlərinə görə, onlar “Respublika” meydanında mitinqə başlamaq niyyətindədir.

Etirazçıların kolonuna həmçinin bir neçə yüz polis də qatılıb.

Zaur H.

 

COP29