!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nikol Paşinyanın “RİFAH BLEFİ”: Ermənistanın baş naziri bu qədər savadsızdır?

!Reklam – Yazi

İqtidara gəldikdən sonra populizmə əsaslanan qeyri-ciddi bəyanatları ilə neqativ planda müntəzəm diqqət mərkəzinə düşən Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti uydurmasi həqiqətdən o qədər uzaq olub ki, işğalçı ölkə müxalifətinin təmsilçiləri də buna səssiz qalmayıblar.

Paşinyan özünün “Facebook” səhifəsində Legatum İnstitutunun (Legatum Prosperity Index) açıqladığı dünya ölkələrinin 2019-cu il üzrə rifah indeksində Ermənistana aid göstəricini təhrif etməklə, “uğurlu” siyasətini xalq nümayiş etdirməyə cəhd göstərsə də, tamamilə əks-effekt alınıb.

Baş nazirin iddiasına görə, Ermənistan 2019-cu ilə aid rifah indeksində 2018-ci illə müqayisədə 27 bənd irəliləyərək, 61-ci mövqeyə yüksəlib. Lakin Paşinyanın bu “uğur”la fəxr etməsi çox da uzun sürməyib. Qeyd olunan reytinqdə 2018-ci ildə 68-ci pillədə olan Ermənistan 2019-cu ildə 61-ci pillədə qərarlaşmaqla, Paşinyanın iddia etdiyi kimi 27 deyil, cəmi 7 bənd irəliləyib.

Bu məsələyə reaksiya verən Ermənistanın müxalif Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan baş naziri reallığı təhrif etməkdə suçlayıb. O, sözügedən institutun 1 il əvvəlki hesabatı ilə Paşinyanın açıqladığı rəqəmləri müqayisə edərək, “Həqiqəti tapmaq asan olduğu halda baş nazir niyə belə həyasızcasına yalan danışır?”, – deyə qiyabi sual da ünvanlayıb.

Bundan sonra Ermənistanın müxalif və müstəqil mediası da analoji müqayisələr apararaq, Paşinyanın 7 bəndlik “artım”ını “27 bəndlik sıçrayış” kimi qələmə verməsini sərt tənqid edib.

Çox maraqlıdır, Paşinyan bu yalanının dəqiqələr ərzində ifşa olunacağını bilə-bilə nəyə görə öz xalqını niyə aldatmağa çalışır? Əslində, bu sual da özlüyündə ritorik xarakterlidir. Paşinyanın hakimiyyətə necə gəldiyini və xalqa hansı vədlər verdiyini nəzərə aldıqda, onun belə bir blefə əl atması heç də təəccüblü deyil. Konkret desək, baş nazir ötən xalqa verdiyi qeyri-real vədlərin həyata keçməməsini bü cür bleflərlə “sığortalamağı” düşünür. Nəticədə isə xalqa yalan ardınca yalan söyləyir.

Bundan başqa, təbiət etibarilə avantürist fiqur olan Paşinyanın tez-tez dilə gətirdiyi fantastik arzuların gerçəyə çevrildiyinə özünü və xalqı inandırmaq üçün özgə yolu da qalmayıb: Hara qədər mümkündürsə, yalan danışmaq!

Görünür, yalanları bu intensivliklı uydurmaq vərdişi Paşinyana əvvəlki peşəsindən “miras” qalıb. Vaxtilə müxalifyönlü “bulvar qəzeti”nin baş redaktoru olmuş Paşinyan bu səpkidə nələr uydurmayıb ki… Fərqi yoxdur, müsbət, yoxsa mənfi planda, təki diqqət mərkəzinə düşsün.

Bu vərdiş isə Paşinyan üçün artıq tərgidilməyəcək qədər dərin kök salıb…

“Yeni Çağ” Analitik Qrupu

COP29

www.yenicag.az

965
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv