Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tullantılarla bağlı cərimələr tətbiq edərkən aidiyyəti qurumlarla koordinasiyanı düzgün həyata keçirməyib.
Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı təhlükəsiz tullantıların idarə olunması auditinin nəticələrində bildirilib.
Qeyd edilib ki, ETSN-nin 12 regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən təhlükəsiz tullantıların hərəkəti ilə bağlı pozuntulara yol verilməsi kimi sənədləşdirilməklə tətbiq edilmiş inzibati cərimələr üzrə debitor borcların məbləğinin auditlə əhatə olunan dövrdə 2,7 dəfə artmıb. Tətbiq edilmiş cərimələrin 2021-ci ildə 11,9%-nin, 2022-ci ildə 8,9%-nin və 2023-cü ildə 11,7%-nin məhkəmə qərarları ilə ləğv olunub. Bu isə o deməkdir ki, qanunvericiliklə müəyyən edilmiş nəzarət səlahiyyətləri səmərəli və nəticəli şəkildə reallaşdırılmayıb, o cümlədən monitorinqlərin planlaşdırılması və yerinə yetirilməsi işlərinin aidiyyəti qurumlarla koordinasiyalı formada həyata keçirilməyib. Monitorinqlərin nəticələrinin rəsmiləşdirilməsinin isə təhlükəsiz tullantıların idarə olunmasının optimallaşdırılması baxımından inzibati təsir mexanizmindən daha çox formal xarakter daşıyıb.
www.yenicag.az