“Azərbaycan meşələrinin 95 %-i dağlıq ərazilərdə yerləşir. Bu səbəbdən meşə yanğınları daha çox dağ ərazilərində qeydə alınır”.
Yenicag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev deyib.
Rəis müavini bildirib ki, yanğınlar adətən yaşayış yerinə yaxın ərazilərdə, əkin və qış otlağı sahələrində baş verir: “Bu da insan faktoru ilə təmasdan irəli gəlir. Baş verən yanğınlar əsasən yerüstü yanğınlardır”.
www.yenicag.az