““Euro-4” standartının tətbiqi avtomobil idxalını azaldıb”

media-hightechnic-468x90

ddd“Euro-4” ekoloji standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən Azərbaycana getirilən avtomobillərin sayında azalma müşahidə olunur.

media-banner_tuq

Bunu Xəzər Avropa Klubunun qonağı olan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın xarici ticarət dövriyyəsində də 20% azalma baş verib: “O cümlədən avtomobillərin metal konstruksiyalarında və qara metal məhsullarının idxalında da azalma müşahidə olunmaqdadır”.

Bununla belə, bazarın tənzimləndiyini deyən komitə sədri “Euro-4” standartının tətbiqi ilə bağlı yaranan söhbətlərdən təəssüfləndiyini də dilə gətirib: “Bəziləri belə hesab edirlər ki, avtomobil yenidirsə, bu standarta da cavab verməlidir. Bu da düzgün yanaşma deyil. Biz gömrük-keçid məntəqələrində həm avtomobillərin kütləvi gətirilməsi, həm də fərdi qaydada idxal zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Gömrük-Ekspertiza Xidməti ilə birlikdə yoxlama həyata keçiririk. Keçirilən baxış zamanı avtomobillərdə bu standartların mövcudluğunu araşdırırıq və tələblərə cavab verən avtomobillər ölkə ərazisinə buraxılır”(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05