“Eurovision 2025”in keçiriləcəyi yer açıqlandı

media-hightechnic-468x90

“Eurovision 2025”in təşkilatçıları beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi yeri açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

69-cu yarış İsveçrənin Bazel şəhərində baş tutacaq.

Nemo Mettler Malmödə “The Code” mahnısı ilə” Eurovision” Mahnı Müsabiqəsində qalib olduqdan sonra 2025-ci ildə İsveçrənin üçüncü böyük şəhəri müsabiqəyə ev sahibliyi edəcək.

Bu, İsveçrənin “Eurovision”da üçüncü qələbəsi və 1988-ci ildə Celine Dion mükafatı qazandıqdan sonra ilk qələbəsi idi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600