Əvəz Zeynallı Şəhidlər və Fəxri xiyabanlarını ziyarət etdi

media-hightechnic-468x90

 

img1716068 (1)

Yenicag.az  Xural.com-a istinadən məlumat verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 3 il 2 aylıq həbsdən sonra azadlığa buraxılan “Xural” qəzetinin təsisçisi Əvəz Zeynallı bir neçə gün əvvəl Şəhidlər Xiyabanını, o cümlədən İlham və Fərizənin məzarlarını ziyarət edib.

Daha sonra Fəxri Xiyabana baş çəkən Əvəz Zeynallı 1967-ci ildə – Sovet imperiyasının vüsət aldığı dövrdə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail olmuş Şıxəli Qurbanovu, Azərbaycan mətbuatının görkəmli nümayəndəsi, “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabini, Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevi, akademik Zərifə Əliyevanı, Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvərini, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyi hörmət və ehtiramla yad edərək, onların məzarlarını ziyarət edərək, onları hörmət və ehtiramla yad edib.

Qeyd edək ki, dekabrın 30-da azadlığa qovuşan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı azadlığının ilk günlərində facebook sosial şəbəkəsində bu ziyarətlərin anonsunu vermişdi: “Məni gözləyərək dünyasını dəyişən “Dost Adamlarım” var. Onlar birini – Hüseyn Babanı dünən ziyarət etdim. Bu gün isə Şəhidlər Xiyabanına – İlhamla Fərizənin (Müqəddəs Sevgililərin) və Uca Şəhidlərimizin hüzuruna gedəcəyəm…”

78034_src     78033_src 78032_src    78030_src 78029_src    78026_src

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600