“Evlənsəydim gec-tez yenə tək qalacaydım”

media-hightechnic-468x90

84694Dekabrda Londonda təmtəraqla toy edəcəyini anons edən stilist Samiraldonun nişanı qayıdıb. Stilist, hər kəsin maraqla gözlədiyi toyun baş tutmayacağını bildirib.

media-banner_tkm

“Nişanın pozulmasına evlənmək istədiyim xanım qərar verdi. Dedi ki, sən çox tanınmışsan, səndən çox danışırlar, istəmirəm məndən də danışsınlar. Mən əvvəldən demişdim, o qız adının hallanmasını və göz önündə olmaq istəmir. Bizim nişanımızdan çox yazdılar, bütün jurnalistlər nişanlımı görmək, şəklini çəkmək istəyirdilər. O da bütün bunlardan xəbərdar idi. Gələcəkdə mediadan qaçmasının mümkünsüzlüyünü dərk etdiyi dedi və sakitcə ayrıldıq”.

Samiraldo qız tərəfinin bu qərarını ilahi qüvvələrlə əlaqələndirib: “Mən onsuz da təkliyə öyrəşmişəm. Bilirdim ki, evlənsəydim də, gec-tez yenə tək qalacaqdım. Mən bilirəm, hansısa ilahi qüvvələr mənim evlənməyimi istəmir. Mən böyük Allaha çox inanıram və onu çox sevirəm. Bilirəm ki, o da məni çox sevir. İnanmazsız, elə gün olur ki, saatlarla Allahla dərdləşirəm. Bilirəm ki, həyatımda nə baş verirsə xeyirliyədir. Allah bilən məsləhətdir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05