!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evlərdə qazla bağlı faciəyə səbəb olan hallar bunlardı - AÇIQLAMA

!Reklam – Yazi

Abonentlər mənzillərdə qaz xətlərinin çəkilməsi və cihazların istifadəsində ciddi nöqsanlara yol verir.

Yenicag.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.

O bildirib ki, əsasən qaz qurğularında aşkar edilmiş nöqsanlardan biri də istehlakçıların qaz xəttini döşəmənin altından aparıması ilə bağlı olur. Adətən, vanna otaqlarında qapı çölə açılmalı olduğu halda, içəri açılır. Həmin qapılarda dəliklər olması tələb edilsə də, bəzən bu halların olmadığı ilə rastlaşırıq.

Cihazlar istismar müddətini bitirsə də, abonentlər bunu istismar etməyə davam edirlər. Hər bir zavod cihazlara istismar müddətinin bitməsi ilə bağlı müəyyən müddət qoyur”.

İ. Behbudov mənzillərin tüstü bacalarının olmamasının bədbəxt hadisələrə gətirib çıxardığını bildirib. O qeyd edib ki, tüstü bacalarında sovurma ilə bağlı problem varsa, bu da qazla bağlı problemlər yarada bilir: “Tikinti normalarına uyğun olaraq tüstü bacası olmalıdır. Amma biz müşahidə edirik ki, xüsusilə də həyət evlərində tüstü bacası qoyulmayıb”./metbuat.az

COP29

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv