!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evləri sökülən vətəndaşlar üçün KOMPENSASİYA: “O mənzillər Bakının mərkəzində yerləşsə də...” - Elnur Fərzəliyev

!Reklam – Yazi

“Köhnə yaşayış yerlərinin yenilənməsi prosesi həmin ərazidən mənzil sahibi olan vətəndaşlar üçün sərfəlidir”.

Bakının Yasamal rayonunda plana düşən evlərin söküntüsünə başlanılacaq. Belə ki, Space TV və 125 saylı məktəbin yaxınlığında, əsasən, Ələsgər Ələkbərov və Mikayıl Müşfiq küçələrinə düşən evlərin sökülüb, yerində yeni yaşayış binalarının tikintisi planlaşdırılır.

Sakinlərə evlərinin əvəzinə yeni binadan mənzillər və yaxud pul təklif olunur. Danışıqlarda sakinlərə mənzilin hər kvadrat metrinə 1500-3000 manat arası pul təklif olunur.

Bu kontekstdə köhnə binaların yenisi ilə əvəz olunması prosesinə münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, hazırda plana düşən binaların və yaşayış evlərinin istismar müddəti çoxdan başa çatıb və bu baxımdan, yenilənməsi məqsədəuyğundur:

“Azərbaycan iqtisadiyyatının böyük hissəsi tikinti sektorundan asılıdır. Ölkədə bir binanın inşa edilməsi ən azı 2 il çəkir. Bəzən bu müddət 4-5 ilə kimi davam edir. Bu proses iş yerlərinin olması ilə yanaşı, tikinti materialları istehsal edən müəssisələrin işlək vəziyyətdə qalmasına imkan verir.

Çünki tikinti materiallarının əksəriyyəti yerli istehsaldır. Lakin pandemiya ilə əlaqədar digər sahələr kimi, tikinti sektorunda da işlər dayanmışdı və işsizlik yaranmışdı. Köhnə binaların yeni yaşayış kompleksləri ilə əvəzlənməsi prosesi tikinti sektorunun aktivliyinə yol açır.

Sökülən binanın yerinə yenisi inşa olunanda, iqtisadiyyata ciddi şəkildə fayda verir. Yeni mənzillərin içinin doldurulması da məişət əşyalarına tələbatı artırır. Son bir ildə paytaxtda əvvəlki qədər binalar tikilmir.

Ona görə də tələbata nisbətən təklif olduqca azdır. Bu, qiymətlərə də təsirsiz ötüşmür. Əmlak bazarında qiymətlərin bahalaşmaması üçün təklifin çox olması vacibdir. Digər tərəfdən, köhnə binaların sökülməməsi qəza hallarının baş verməsi ehtimalını artırır”.

Evi sökülən vətəndaşa yeni mənzil və ya pul təklif edilməsinə də toxunan ekspert bildirib ki, bütün hallarda vətəndaşlar udan tərəf olurlar:

“Şəhərin mərkəzində yerləşən əksər evlərin qiyməti baha olsa da, köhnə yaşayış evidir. Əmlak bazarında həmin evlərə dəyər verilmir. Çünki əmlak olaraq qəzalı vəiyyətdədirsə, maraq cəlb etmir. Bu baxımdan, vətəndaşa yeni tikilən ev təklif edilirsə, onun əmlakı dəyərləndirilir. Demək olar ki, vətəndaş əmlakını kapitala çevirə bilir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1027
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv