"Əvvəlki hakimiyyət münaqişə məntiqinə əsaslanırdı" - Paşinyan
“Üçüncü və dördüncü respublikalar arasındakı fərq ondadır ki, Üçüncü Respublika münaqişə məntiqinə, dördüncü respublika isə sülh məntiqinə əsaslanırdı”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində açıqlayıb.
“Üçüncü Respublikada Konstitusiyanın xalqın iradəsini və səsini azad ifadə etməsi yolu ilə qəbul edilməsi çox şübhəlidir, Dördüncü Respublikada belə bir şübhə qətiyyən olmamalıdır.
Üçüncü Respublikada hakimiyyətin xalqa məxsus olması nisbi və formal xarakter daşıyırdı, Dördüncüdə, aydın və şübhəsiz olmalıdır.
Və nəhayət, Üçüncü Respublika vətən haqqında xəyal qurmaq, vətən axtarmaq, xəyalların vətənini axtarmaq, Dördüncüsü Ermənistan Respublikasının bizim arzularımızın vətəni olması ilə bağlıdır və vətən axtarmağa ehtiyac yoxdur”, – Paşinyan bildirib./unikal