!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook” bu reklamları qadağan etdi

!Reklam – Yazi

“Facebook” şirkəti sosial şəbəkədə tibbi maskaların reklam olunmasına qadağa qoyub.

Yenicag.az xəbər verir ki, bu qərar koronavirus epidemiyası ilə bağlı artan tələbat nəticəsində möhtəkirlik fəaliyyətinin qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, yeni növ koronavirusun yaratdığı xəstəliyin yayılması kontekstində bu məhsula artan tələbatdan sui-istifadə etməyə çalışanlar barədə tədbirlər görüləcək.

Bundan əvvəl, “Facebook” “koronavirusdan sağaldan və yoluxmanın qarşısını alan” vasitələrin reklamını qadağan etmiş və virusla bağlı yalan məlumatların qarşısını alacağını bəyan etmişdi.

www.yenicag.az

616
Ads
www.veteninfo.com
!Reklam – Arxiv