Reklam: High Technic
hightechnic

“Facebook” hesabları qoruya bilmədi: 29 milyon hesab ələ keçdi

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi təhlükəsizliyin zəifliyi səbəbilə hakerlərin 29 milyon istifadəçinin məlumatlarına sızdığını təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə şirkət özü yazılı açıqlama verib.

Bəyanatda “Facebook”un tərkibində olan “WhatsApp” və “Instagram” kimi üçüncü tətbiqlərdə belə bir problemin aşkar olunmadığı bildirilib.

Hesablarına sızılmış şəxslərə bununla bağlı bildirişlər göndəriləcəyi qeyd olunub.

Federal İstintaq Bürosu (FBI) məsələ ilə bağlı araşdırmalara başlayıb.

Həşim Səhrablı

www.yenicag.az

1672