“Facebook”-un ən populyar adamı
Madridin “Real” klubu və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Facebook” sosial şəbəkəsində ən populyar adam olub.
Sosial şəbəkədə futbolçunun səhifəsini 100 milyondan çox insan istifadəçi izləyir.
“Hamıya təşəkkür, nəhayət mənim “Facebook”da dostlarımın sayı 100 milyona çatıb. Bu rəqəmə çatdığım üçün çox xoşbəxtəm”, – deyə futbolçu öz səhifəsində yerləşdirilən video müraciətdə bildirib.
Ronaldu hazırda bu sosial şəbəkə də 100 milyondan çox “like” yığan yeganə şəxsdir.
Statistikaya əsasən Ronaldunu “like” edənlərin 78 faizi kişidir. Futbolçunun heyranlarının böyük əksəriyyəti Braziliya, İndoneziya, Hindistan, Meksika və ABŞ-da yaşayır.