Facebook yeni funksiya əlavə edib

media-hightechnic-468x90

jhjjghgFacebook şirkəti mobil qurğulardan sosial şəbəkəyə giriş üçün əlavələrə “Nearby Friends” funksiyasını da daxil edib. Yeni proqram vasitəsi ilə sosial şəbəkənin istifadəçilərinin harada olduğunu xəritədə görmək mümkün olacaq.

“Nearby Friends” funksiyası Facebook-un ABŞ-dakı istifadəçiləri arasında bu həftədən yayılmağa başlayacaq. Bu proqram həm iOS, həm də Android sistemini dəstəkləyəcək.

Yeni funksiya vasitəsi ilə yaxınlığınızda olan Facebook istifadəçinə dostluq göndərmək mümkün olacaq. Həmçinin istifadəçi “dostluq” kateqoriyasını seçməklə onun harada olduğunu dostları, həmçinin dostlarının harada olduğunu rahatlıqla görə biləcək. Proqramın istifadəsinin dayandırılması zamanı isə istifadəçinin yerini aşkar etmək mümkün olmayacaq.

Beləliklədə, bu proqram vasitəsi ilə başqa şəhərlərin mənzərəli və maraqlı yerləri barədə məlumat imkanı əldə etmək və informasiya vermək imkanı yaranacaq(anspress).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600