Gürcüstan paytaxtı Tbilisidə, Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib.
Yenciag.az xəbər verir ki, hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalırmışlar və tikintidə çalışırmışlar.
Onların arasında ata və oğul, həmçinin iki qardaş da var. Ölən şəxslərin kimliyi barədə hələ məlumat verilmir. Gürcüstanın Daxili İşlər Nazirliyi dəm qazından kütləvi zəhərələnmə faktı üzrə cinayət işi başlayıb, istintaq aparılır. Tbilisi şəhərini təbii qazla təmin edən şirkətdən bildirilib ki, bədbəxt hadisəyə səbəb olan su qızdırıcısına təbii qazın verilməsinin bu yaxınlarda qarşısı alınsa da, daha sonra sakinlər özbaşına olaraq qurğunu yenidən işə salıblar.
Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır./Report/
www.yenicag.az