FAO Bakıda öz nümayəndəsini təyin etdi

media-hightechnic-468x90

unnamed (5)20 Aprel 2015, Bakı, Azərbaycan – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu həftə cənab Mustafa İmiri, Tükiyə vətəndaşı və təcrübəli yüksək vəzifəli rəsmisini, Azərbaycanda öz nümayəndəsi vəzifəsinə təyin etmişdir.

Son dörd il müddətində cənab İmir FAO-nun İndoneziyadakı Nümayəndəsi kimi xidmət etmişdir. 2011-ci ildə FAO-da işə başlamazdan əvvəl, o Türkiyənin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində beynəlxalq əlaqələr və xüsusilə də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində calışmışdır.

Cənab İmir baytarlıq təbabəti elmlər doktoru dərəcəsini almışdır, kənd təsərrüfat və baytarlıq sahələrində geniş bilgilərə malikdir. O kənd təsərrüfat sahəsində Ümumdünya Ticarət Təşkilatının Doha ticarət danışıqlarında fəal iştirak etmişdir.

Cənab İmir: “Azərbaycanda təcrübəmi və bacarıqlarımı tətbiq etməyə haziram. Azərbaycan ərzaq, kənd təsərrüfatı və təbii ehtiyatlar sahəsində böyük nailiyyətlərə və potensiala malik olan bir ölkədir”.

Azərbaycan 1995-ci ildə FAO-nun üzvü olmuşdur və hazırda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının marketinqi, çəyirtkələrə qarşı mübarizənin yaxşılaşdırılması, ərzaq təhlükəsizliyi, toxum sektorunun inkişafı, kənd əhalisinin yaşayışının yaxşılaşdırılması, heyvan sağlamlığı və heyvandarlıqda damazlıq işinin təşkili kimi bir çox sahələrdə FAO-nun texniki yardımından faydalanır. Qeyd edilməlidir ki, son iki sahə yeni təyin olunmuş FAO nümayəndənin əsas ixtisas sahələridir.

Cənab İmir yaxin günlərdə öz vəzifələrini yerinə yetirməyə baslayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600