!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fars-molla rejiminin uydurduğu din: "Bu, şəxsi maraqlara köklənib" - İlahiyyatçı

!Reklam – Yazi

“İranda mövcud olan molla rejimi faktiki olaraq insanlara faydalı deyil və vətəndaşların dindən soyumasına yol açıb”.

Bu sözləri İranın molla rejiminin təsirlərini şərh edən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranda hökm sürən molla rejimi vətəndaşların rifahına deyil, şəxsi maraqlara köklənib. Bu fonda Tehranda etirazların artması gözlənilən idi:

“1979-cu ildə İslam inqilabı adı altında baş verən hakimiyyət çevrilişindən sonra İranda mövcud olan din anlayışı bu gün hakimiyyətin möhkəmlənməsinə, öz ideologiyalarını din adı altında yaymağa istiqamətlənib. İranda mövcud olan molla rejimi faktiki olaraq insanlara faydalı deyil və vətəndaşların dindən soyumasına yol açıb. Dinin ideologiyası olmaz. Dinin mahiyyəti insanlara faydalı olmaq və onlara düzgün yol göstərməkdən ibarətdir. Din anlayışı heç bir halda hakimiyyətdə təmsil olunan bir anlayış olmamalıdır. Əks halda zidd fikirdə olan şəxslər üçün söz azadlığı tanınmır. Dövlətin deyil, dövlətdə təmsil olunan şəxslərin dini olmalıdır. Həmin şəxslər isə dinini insanlara məcburi formada təqdim etməməlidir. İranda uzun müddətdir mövcud olan şah rejiminin insanlarda yaratdığı etiraz nəticəsində inqilaba çevrilməsi başadüşüləndir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

3264
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv