!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fatih Terim “Neftçi”yə gəlir? – “Bu, komandaya 15 milyon manata başa gələ bilər”

!Reklam – Yazi

Son günlər Azərbaycanın futbol cameəsində uzun müddət Türkiyə milli komandası və “Qalatasaray” komandasını çalışdırmış, “imperator” ləqəbini alan Fatih Terimin Azərbaycana gələcəyi ilə bağlı müzakirələr gedir. Türkiyəli məşqçinin adı bu dəfə “Neftçi futbol komandası ilə hallanır. Burada komandaya yeni təyin olunmuş Qriqorçukun komandadan gedib-getməyəcəyi ilə bağlı xəbərlər gündəmə gəlir. Bəs görəsən, Fatih Terimin “Neftçi”yə təyin olunması mümkündürmü?

Mövzu ilə bağlı Yenicag.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, bu xəbərin ortaya atılması məqsədli xarakter daşıyır.

“Bildiyimiz kimi Türkiyə mətbuatı, ictimaiyyəti belə xəbərlərə öyrəncəlidir. Fatih Terimin özünün də böyük media dəstəyi var. Ona mütləq şəkildə iş tapmağa çalışan media qurumları var və hər dəfə boşluq olan kimi onu hər hansı bir yerə calamaq istəyirlər. Növbəti ünvan da “Neftçi”dir. Komandanın hazırda baş məşqçisi var. Onun da başını “qara buludlar” alıb, amma onun komandada qalıb-qalmayacağı bağlı fikirlər yoxdur. Bu məşqçi getsə belə, Fatih Terim adının səslənməsi də doğru deyil, çünki həm komanda, həm idarəçilər, həm də baş məşqçi üzərində təzyiq yaradır. Düşünürəm ki, bu xəbər həqiqəti əks etdirmir, amma hər şey ola bilər. Gözlənilmədən təyinat edə bilirlər. Hesab edirəm ki, Fatih Terimin Azərbaycana, xüsusilə “Neftçi”yə gəlməsi heç bir şeyi dəyişməyəcək. Çünki komandadakı problem baş məşqçidə deyil, burada idarəetmədə də problemlər mövcuddur”, – deyə o bildirib.

İdman jurnalisti Ceyhun Rzayev isə Yenicag.az-a açıqlamasında qeyd edib ki, bu xəbər dezinformasiyadır.

“Çünki bu məlumat məntiqlə üst-üstə düşmür. Qriqorçuk komandaya yeni gəlib. Onu komandadan göndərmək oxları “Neftçi” tərəfə çevirəcək. O zaman demək ki, “məsələ məşqçidə deyil”, fikri ortaya atılacaq.
Həm də Fatih Terim çox bahalı məşqçidir. Məsələ təkcə ona, onun məşqçilər korpusuna veriləcək məbləğdən deyil, bir neçə milyon avrodan gedir. Fatih Terim “Neftçi”yə gələcəksə, hər yeni gələn baş məşqçi komandaya gəlməmişdən öncə son bir neçə oyunu izləyir. Futbolçuların potensialına bələd olmaq istəyir. O görəcək ki, komandada keyfiyyətli oyunçu azdır və tələb edəcək ki, komandada heyət yenilənməlidir. Komandanın yenilənməsi üçün də çox böyük vəsait lazımdır. Ona görə də düşünürəm ki, ancaq Qriqorçuk Fatih Terim dəyişikliyi bəlkə də “Neftçi”yə 15 milyon manata başa gələ bilər. Açığı belə olacağını da düşünmürəm”, – deyə o fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv