!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faydalı bildiyimiz südün öldürücü fəsadları - Xərçəngə səbəb olur

!Reklam – Yazi

Südün içindəki kazein maddəsi xərçəngə səbəb olur. 

Yenicag.az xəbər verir ki, bu barədə amerikalı kimyaçı Kolin Kampfel deyib:

“Südün içindəki kazein maddəsi bu günə qədər xərçəngə səbəb olan ən ciddi maddələrdən hesab olunur. Bu maddə bədəndə gec parçalanır və parçalandığı zaman müxtəlif fəsadlara səbəb olur”.

Araşdırmaya görə, kazein maddəsi parçalanan zaman kazomorfin adlanan başqa bir maddəyə bölünür ki, bu maddə beyinə təsir etmək gücünə malikdir. Maddə süd və süd məhsullarına bağlılığa səbəb olur. Kazomorfin qana qarışdığı zaman insan vücudunda heroin təsiri yaradır və insan süd məhsullarından bağımlı hala gəlir.

Araşdırmanın bir digər diqqət çəkən tərəfi isə, süd tərkibinin zəngin olduğu kalsium maddəsinin sümüklərə xeyir etməməsidir. Belə ki, bilinənin əksinə olaraq, kalsium sümük əriməsinə səbəb olurmuş.

Qeyd edək ki, inək südünün 90%-ni kazein maddəsi təşkil edir. Bu da aşırı süd içən insanlarda sümük əriməsinə səbəb olur.

Mədə ağrıları və həzm problemlərinə səbəb olan südün qaşınmalara da səbəb olduğu bildirilib.

Kolin Kampfel araşdırmanı Çin Tibb Akademiyisayı, Cornell və Oxford universitetləri ilə birgə aparıb.

Həşim Səhrablı

COP29

www.yenicag.az

4708
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv