Reklam

Reklam

Azərbaycan Güləş Federasiyası başsız qalıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, federasiya prezidenti Fazil Məmmədov tutduğu postdan istefa verib.

Əslində, Məmmədovun vergilər naziri postundan uzaqlaşdırılmasından sonra onun federasiyadan da istefa verəcəyi gözlənilən idi. Görünür, Fazil Məmmədov da artıq sözügedən federasiyaya rəhbərlik etməyin ona heç bir prestij vəd etmədiyi qənaətinə gəlib.

Qeyd edək ki, sabiq nazir Güləş Federasiyasına 2007-ci ildən başçılıq edirdi.

Xatırladaq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da məmur postundan uzaqlaşdırıldıqdan sonra Azərbaycan Cüdo Federasiyası ilə vidalaşmışdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1363
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.